Ukrayna millisinin formasında Azərbaycan bayrağı

10-05-2022, 16:32           
Ukrayna millisinin formasında Azərbaycan bayrağı
Ukrayna Futbol Federasiyası millinin xüsusi formasını təqdim edib.

Teref.az-ın yazdığına görə, Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, 3 müxtəlif rəngdə - sarı, qırmızı və mavi rənglərdə hazırlanan geyimin üzərində ölkənin xəritəsi təsvir olunub. Formada Ukraynanın sərhədləri dövlətə kömək edən ölkələrin bayraqları ilə çəkilib. Burada Azərbaycan bayrağı da yer alıb.

Həmçinin formanın üzərində Türkiyə bayrağı da göstərilib. Geyimdəki xəritənin ortasına "Ukrayna naminə birləşmə" ("United for Ukraine") yazılıb, araxsındakı forma nömrələrində isə Rusiya ilə müharibədə dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

Geyim yalnız DÇ-2022-yə hazırlıq üçün keçiriləcək yoxlama matçlarında geyiniləcək. Daha sonra isə formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək göndəriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.