"Ukrayna Rusiya ilə dialoqa hazırdır"

11-05-2022, 22:34           
"Ukrayna Rusiya ilə dialoqa hazırdır"
"Sülh naminə Ukrayna Rusiya ilə dialoqa hazırdır".

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimr Zelenski Fransa universitetlərinin tələbələri ilə videokonfrans zamanı deyib.

“Arzu olunur ki, Rusiya təkcə bizi deyil, həm də Avropa və dünya liderlərini eşitsin. Rusiya danışıqlar masasına otursun, cəzanın qaçılmazlığını və böyük səhv olduğunu başa düşsün.”– Zelenski bildirib.

Eyni zamanda o vurğulayıb ki, bütün razılaşmalar ultimatum yox, dialoq ola bilər.

“Ukraynada sülh naminə biz ünsiyyət qurmağa hazırıq. Ancaq gec olmasın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru