Mixeil Saakaşvili həbsxanadan klinikaya köçürülür

12-05-2022, 08:35           
Mixeil Saakaşvili həbsxanadan klinikaya köçürülür
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan Tbilisidəki klinikaya köçürülür. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Məlumatlara əsasən, sabiq dövlət başçısı hazırda təcili tibbi yardım maşını ilə Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidə yerləşən özəl “Vivamedi” klinikasına çatdırılır.

Xəstəxanada təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və eks-prezidentin yerləşdiriləcəyi palatanın olduğu mərtəbənin tam boşaldıldığı bildirilir.

Qeyd edək ki, M.Saakaşvilinin hazırkı sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb ediblər.

Xatırladaq ki, siyasətçi ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru