Rusiya üçün ölüm-qalım məsələsi olan ada

12-05-2022, 09:05           
Rusiya üçün ölüm-qalım məsələsi olan ada
Biz vuruşuruq, amma təmassız döyüşlər aparırıq. Biz bu adanı uzaqdan atəşlə qorumağa çalışırıq. O, həqiqətən də açar rolunu oynayır.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov Zmeyni (İlan) adasının Ukrayna üçün əhəmiyyətindən danışarkən deyib.

“Moskva” kreyserinin batması ilə Rusiyanın Qara dəniz donanmasının hava hücumuna qarşı elə də ciddi müqaviməti yoxdur. Və onlar Zmeyni adasında uzaqmənzilli hava hücumundan müdafiə sistemləri quraşdırmağa və bununla da Bessarabiya üzərindən limanlara və hava məkanına keçidə nəzarət etməyə çalışırlar ki, bu da rus qoşunlarına Dnestryanıya daxil olmaq və qarnizonu gücləndirmək üçün Bessarabiyaya qoşun yeritməyə cəhd etməyə imkan verə bilər”, - Jdanov vurğulayıb.

O qeyd edib ki, Zmeyni adasının əhəmiyyəti Ukraynanın cənub-qərbində hava məkanının bağlanmasına imkan verməmək üçün önəmlidir.

Qeyd edək ki, Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya Qara dənizdə hökmranlıq etmək üçün Zmeyni adasında möhkəmlənmək istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru