“Rusiya Kiyevi ələ keçirmək planından əl çəkməyib” - KLİÇKO

12-05-2022, 09:51           
“Rusiya Kiyevi ələ keçirmək planından əl çəkməyib” - KLİÇKO
“Rusiya Kiyevi ələ keçirmək planından əl çəkməyib və buna görə də evlərinə qayıdan paytaxt sakinlərinin təhlükəsizliyinə təminat verə bilmərik”.

Bunu Kiyevin meri Vitali Kliçko CNN telekanalına açıqlamasında bildirib.

Mer Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalından da narahatlığını bildirib.

Kliçkonun sözlərinə görə, Ukraynanın paytaxtı hələ də Rusiyanın əsas hədəfidir. O, evlərinə qayıdan Kiyev sakinlərinə diqqətli olmaları barədə xəbərdarlıq edib.

“Nə qədər ki, Ukraynada müharibə var, biz heç bir ukraynalıya zəmanət verə bilmərik”, - deyən Kliçko Rusiya Federasiyasından hər an hücumun baş verə biləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru