Rus deputatdan şok: ABŞ səfirliyini vurmalıyıq!

24-06-2022, 10:08           
Rus deputatdan şok:
Rusiya Ukraynaya HIMARS buraxılış qurğularının verilməsinə cavab olaraq ABŞ-ın Kiyevdəki səfirliyinin binasına raket zərbəsi endirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı və Milli Müdafiə Komitəsi sədrinin müavini Yuri Şvıtkin deyib.

"Bu (HIMARS sistemlərinin tədarükü - red.) bir daha ABŞ-ın Üçüncü Dünya müharibəsinə doğru addım-addım irəlilədiyinə eyhamdır. Anlamaq lazımdır ki, biz sərt cavab verməliyik. Fikrincə, bu gün həm də silah tədarük edən ölkələr cavab verməlidir.

Əsas qərar qəbul edən mərkəz ABŞ səfirliyidir. Bu səfirlik gec-tez Rusiya ordusunun hədəfinə çevriləcək", - deyə deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru