Ermənistanın mobil operatoru Qarabağdan getdiyini açıqladı - NƏ BAŞ VERİR?

28-06-2022, 09:30           
Ermənistanın mobil operatoru Qarabağdan getdiyini açıqladı - NƏ BAŞ VERİR?
Ermənistanın məşhur mobil operator şirkəti Viva-MTS Qqarabağdakı fəaliyyətini dayandırdığını açıqlayıb. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə məlumat yayan sözügedən şirkət bildirib ki, iyulun 1-dən etibarən “Qarabağ Telekom” mobil operatoruna tətbiq etdikləri güzəştləri ləğv edəcəklər.

Belə ki, 44 günlük müharibəyə qədər Qarabağda yaşayan ermənilər üçün mobil operator stansiyaları inşa edən və “Qarabağ Telekom” şirkəti ilə vahid tarif müqaviləsi bağlamış VİVA-MTS, onlar üçün xeyli stansiyalar da quraşdırmışdılar. Müharibə vaxtı danışıq tariflərini ləğv edən və rouminq sistemini dayandıran erməni şirkəti, hər dəqiqə üçün pul tələb etmirdi. VİVA-MTC-dən bildiriblər ki, müharibə onların Qarabağdakı infrastrukturuna ciddi ziyan vurub. “Lakin buna baxmayaraq, Qarabağdakı ermənilər üçün 0 tarif tətbiq edilmişdi. Ancaq iyulun 1-dən etibarən şirkət yeni tariflər müəyyən edib. Bundan sonra “Qarabağ Telekom”a zəng edən və onlardan gələn zənglər üçün hər dəqiqəsi üçün 7 sent (11 qəpik) pul tutulacaq”.

Qeyd edək ki, şirkət yeni tariflərin tətbiqindən bir qədər sonra Qarabağdan tamamilə çəkiləcəyini də bəyan edib.

Bildirək ki, “Qarabağ Telekom” mobil rabitə şirkəti Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərir. Bu “şirkət” Azərbaycan Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən qeydiyyatdan keçməyib və lisenziya sahibi deyil. Bu “şirkət” uzun illərdir Qarabağda mövcuddur və Ermənistandan aldığı dotasiya və dəstək sayəsində mövcudluğunu qoruyub, saxlayırdı. Lakin 44 günlük müharibədən sonra əsas stansiyalarını itirən “Qarabağ Telekom” nəinki onları, hətta separatçıların əlində olan ərazilərdə belə stansiyaları bərpa etmək gücündə deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.