“Əfqanıstandakı problemlər yenidən regiona və dünyaya yayıla bilər” – Əhməd Məsud

15-07-2022, 08:34           
“Əfqanıstandakı problemlər yenidən regiona və dünyaya yayıla bilər” – Əhməd Məsud
Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud Əfqanıstanın mövcud problemlərinin həlli üçün siyasi dialoqun zəruriliyini vurğulayıb.

“TOLO news” xəbər verir ki, bununla belə, o deyib ki, İslam Əmirliyi razılığa gələnə qədər onlara qarşı durmaqdan başqa çarə yoxdur: “Biz Əfqanıstanla bağlı bütün qərb və şərq ölkələri ilə narahatlığımızı bölüşdük. Əfqanıstanın vəziyyəti ciddi qiymətləndirilməlidir, ona ciddi diqqət lazımdır. Əfqanıstan istənilən təzyiqlə siyasi sabitliyə nail olmalıdır. “Taliban” və ya hər hansı digər qrup Əfqanıstanın problemlərini həll etmək üçün region və dünya ilə əməkdaşlıq edərək siyasi həll yolu tapmalıdır, əks halda Əfqanıstandakı problemlər yenidən regiona və dünyaya yayıla bilər."

Siyasi analitik Əsədullah Nadimim sözlərinə görə, xaricilər Əhməd Şah Məsudun mübarizəsini dəstəkləyir, lakin indiyə qədər heç kim (əfqanlar) Əhməd Məsudu dəstəkləməyə hazır deyil.

Digər siyasi analitik Sayed Harun Haşimi deyib ki, müharibə və zorakılıq həll yolu deyil, İslam Əmirliyi hazırkı rəqibləri ilə danışıqlar aparmalıdır.

Bundan əvvəl İslam Əmirliyinin rəsmiləri dəfələrlə müxalifləri müharibədən əl çəkib İslam Əmirliyinə qoşulmağa çağırsalar da, Müqavimət Cəbhəsinin lideri hazırkı Əfqanıstan hökumətinin formalaşmasına tənqidi yanaşır.

Ötən ay Human Rights Watch (HRW) hesabatında bildirib ki, Əfqanıstanın şimalındakı Pəncşir əyalətində “Taliban” təhlükəsizlik qüvvələri müxalif silahlı qrupla əlaqədə ittiham olunan sakinləri qanunsuz olaraq həbs edib və onlara işgəncə verib. Human Rights Watch-un Asiya üzrə direktor müavini Patrisia Gossman deyib ki, Pəncşir əyalətindəki “Taliban” qüvvələri müxalif Milli Müqavimət Cəbhəsinə qarşı döyüşə cavab olaraq mülki insanları döyməyə başlayıb. “Taliban”ın öz sıralarında ciddi sui-istifadələrə görə məsuliyyət daşıyanları uzun müddətdir cəzalandırmaması daha çox mülki vətəndaşı risk altına qoyur.

L.SƏMLA

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru