"Ali Baş Komandan Qazilərimizi dinləsin" - ÇAĞIRIŞ

15-07-2022, 09:31           
 "Ali Baş Komandan Qazilərimizi dinləsin" - ÇAĞIRIŞ
"Baş qazi İlham Əliyevin rəhbərliyi və iştirakı ilə qazilərin - 44 günlük Vətən Müharibəsi iştirakçılarının ümumrespublika müşavirəsinin (qurultayının) keçirilməsini təklif edirəm. Dövlətin aidiyyatı qurumları təcili bu tədbirin təşkili ilə məşğul olsa yaxşıdır. Tədbir ən azı 2 gün davam etməlidir ki, danışmaq istəyən hər kəs sözünü çatdıra bilsin. Ali Baş Komandan Qazilərimizlə bir çatı altında üz-üzə, göz-gözə, nəfəs-nəfəsə dayanıb danışsın, eləcə də onları dinləsin. Qazilərimiz problemlərini Prezident İlham Əliyevə birbaşa söyləsinlər".

Teref.az sitat.info-ya istinadla xəbər verir ki, bu sözləri əməkdar jurnalist Azər Ayxan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, həm qazilərlə dövləti toqquşdurmaq istəyən qüvvələrin qara niyyəti boşa çıxacaq, həm də məmurlar payını götürəcək: "İnanıram, bu tədbirdən sonra ölkədə qazilərimizə heç bir məmur sayğısızlıq etməyəcək, onlara diqqətsiz yanaşmayacaq. Həmçinin, heç bir qüvvə qaziləri dövlətlə toqquşdura bilməyəcək. Bu qara niyyətinə çata bilməyəcək. Ən əsası, məlum olacaq ki, qazilərlə bağlı problem qlobal deyil, necə deyərlər, lokaldı, fərdidir. Sadəcə 5 qazi narazıdırsa, bu, 5 min qaziyə göstərilən dövlət qayğısını kölgələyir. O 5 qazinin də nədən narazı olduğu ortaya çıxarılmalı, yerindəcə həll edilməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru