Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başa çatıb - FOTO

16-07-2022, 16:15           
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başa çatıb - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüş başa çatıb.

Teref.az "Report"a istinadla xəbər verir ki, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.

Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü baş tutub.

***

Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Teref.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tvitter səhifəsində məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru