Bayden Yaxın Şərq planını açıqladı 17-07-2022, 00:12 ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanında kral Salman bin Əbdüləziz Əl Səud və şahzadə Məhəmməd bin Salmanla görüşdən sonra açıqlama verib.Cebhe.info xəbər verir ki, görüşdə ABŞ-la Yaxın Şərq əlaqələrinə toxunulub."Körfəz ölkələri ilə əlaqələrimizi gücləndirməkdə irəliləyiş əldə etdik. Yaxın Şərqdə Rusiya və Çin üçün boşluq buraxmayacağıq", - deyə o bildirib.Həmçinin, rəhbərlər Səudiyyə Ərəbistanının təhlükəsizlik və hərbi ehtiyaclarını, eyni zamanda, ölkənin üzləşə biləcəyi təhlükələri müzakirə ediblər."Yəməndə atəşkəsin uzadılması üçün Səudiyyə Ərəbistanı idarəçiləri ilə razılaşdıq", - deyə Bayden çıxışının tamamında bildirib. Facebook-da paylaş