İki “düşmən” Londonda Bakıya qarşı birləşdi - Görünəni budur...

5-08-2022, 17:59           
İki “düşmən” Londonda Bakıya qarşı birləşdi - Görünəni budur...
Londonda Azərbaycan səfirliyinə hücum edən “Mehdinin xidmətçiləri” radikal qruplaşmasının İranla heç bir əlaqəsinin olmadığı, hətta bu ölkənin ali dini rəhbərliyi ilə ixtilaflarının olduğu bildirilir.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, Londondakı radikal qruplaşma ilə İran hakimiyyətinin ciddi şəkildə dəstəklədiyi qruplaşmanın birgə hərəkət etdiyi faktları ortaya çıxmaqdadır.

Ötən gün səfirliyimizə hücum zamanı “mehdiçi”lər səfirliyimizin binasına Binə qəsəbəsində özünü “hüseynçi” adlandıran Seyidə Şəhla adlı qadının portretini asıblar.

Seyidə Şəhla “kərimə dövləti” tərəfdarıdır, evini isə Qasım Süleymani və Əli Xameneinin portretləri “bəzəyir”. Azərbaycanlı uşaqların “Fərmandeh” kimi İran siyasətinin beyinyuyan xorunu öyrədən bu qadının fotosunun “mehdiçi”lərin London səfirliyimizin binasından asması təsadüfi deyil.

Seyidə Şəhlanı həm də “hüseynçi”lərin aktiv şəkildə sosial şəbəkələrdə dəstəklədiyi də bəllidir.

Bundan başqa, səfirliyimizə hücum zamanı əlində “bayraq” yelləyən şəxsin kimliyi məlum olub. “Hicam Ləşkər” adlı Tvitter istifadəçisi sosial şəbəkə səhifəsində özünü “Mehdinin xidmətçiləri” qruplaşmasının mətbuat xidmətinin rəhbəri kimi qeyd edib.

Tvitterdəki paylaşımında isə belə yazıb:

“İmam Hüseyn əleyhissalam üçün matəm ifadəsi olaraq evinin divarına "Ya Hüseyn" şüarını yazdırdığına və Hüseyniyyə bayraqlarını qaldırdığına görə möminin Azərbaycan hakimiyyəti tərəfindən təqib edilməsinə cavab olaraq...”

Qeyd edək ki, Londondakı səfirliyimizə hücum edənlərdən birinin Azərbaycanda dini rejim qurmaq istəyən, Gəncə hadisələrinin təşkilatçısı olan və bu yaxınlarda “Kərimə dövləti” planlarını elan edən “Hüseyniyyun” qruplaşmasının üzvlərindən olan Musa Əsədzadəyə bənzədiyi də ortaya çıxmışdı.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.