Ölkəmizi diz çökdürmək, tükəndirmək... - Rus səfir

6-10-2022, 10:20           
Ölkəmizi diz çökdürmək, tükəndirmək... -
Rusiya yekun olaraq Vaşinqton üçün düşmən statusu alıb və ABŞ-da heç kim Rusiya ilə dialoq əhval-ruhiyyəsində deyil.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

"Əlbəttə, acınacaqlı haldır ki, bu gün Vaşinqtonda heç kim ikitərəfli münasibətləri sabitləşdirmək və ya inkişaf etdirməkdən danışmır. Rusiya burada birmənalı olaraq düşmən statusu alıb, məhv edilməli olan bədheybətlərdən biridir", - deyə diplomat bildirib.

“Tapşırıq - ölkəmizi tükəndirmək, diz çökdürmək, onu Qərbin əmrlərini yerinə yetirməyə məcbur etmək, başqa dövlətlərlə bərabərhüquqlu danışmağa mane olmaqdır”, - səfir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru