Baydendən nüvə xəbərdarlığı: Dünya "Armageddon"la üzləşə bilər

7-10-2022, 12:04           
Baydendən nüvə xəbərdarlığı:
ABŞ prezidenti Demokratların Nyu-Yorkda keçirilən tədbirində nüvə müharibəsi təhlükəsi ilə bağlı ən sərt bəyanatlarını verib və deyib ki, bu, son almış ildir dünyanın nüvə fəlakətinə ən yaxın olduğu hadisədir.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la üzləşə bilər:

“Putinin çıxış yolunun nə olduğunu anlamağa çalışıram. O, çıxış yolunu harada tapacaq? O, nəinki Rusiya daxilində etibarını itirir, həm də xeyli güc itirir. Düşünmürəm ki, taktiki nüvə silahından istifadə edib Armageddonda bitməmək kimi bir şey var. Onu çox yaxşı tanıyıram. O, taktiki nüvə silahlarının və bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir, çünki onun ordusunun əhəmiyyətli dərəcədə aşağı performans göstərdiyini deyə bilərsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru