Kremldə qarşıdurma - Köməkçiləri Putinlə mübahisə etdi

8-10-2022, 08:09           
Kremldə qarşıdurma -
“Kremldə Prezident Vladimir Putinlə köməkçiləri arasında gərginlik var”.

“Washington Post” qəzeti kəşfiyyat mənbələrinə istinadən belə iddia ortaya atıb. Bildirilir ki, Ukraynadakı uğursuzluğa görə, Putin Kremldəki köməkçiləri ilə mübahisə edib. Tərəflər Ukrayna məsələsi ilə bağlı fikir ayrılığı yaşayır. İddialara görə, Putinlə ona yaxın olan şəxs arasında mübahisə olub və həmin şəxs Putinə yürütdüyü siyasətə görə etiraz edib. Kremldə Putinə qarşı çıxan qüvvələr ölkə rəhbərinin müharibəni idarə etmək siyasətindən narazıdır. Kəşfiyyatın hesabatında Putinə qarşı çıxan şəxslərin adı qeyd edilsə də, qəzet onların adlarını əldə edə bilməyib.\\Metbuat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru