“Nüvə silahı tətbiq edəndən sonra Putin öz həyatını saxlaya bilməyəcək” - Zelenski
8-10-2022, 09:35
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, əgər Rusiya Federasiyası nüvə silahı tətbiq edərsə, Vladimir Putin öz həyatını saxlaya bilməyəcək.
Bu fikri o, Avstraliyanın «Loui» institutuna müsahibəsində səsləndirib («UNİAN»).
Zelenski qeyd edib ki, dünya heç vaxt bunu nə RF Prezidentinə, nə də Rusiyanın özünə bağışlamayacaq.
«Mən, hesab edirəm ki, Rusiyanın rəhbəri öz həyatını çox sevir. Və mən düşünürəm ki, nüvə silahının tətbiqindən sonra, o həyatını daha saxlaya bilməyəcək. Mən, buna əminəm» - Zelenski qeyd edib.