"İsrail Azərbaycanı Zəngəzuru işğal etməyə təhrik edir"
9-10-2022, 00:01
Iranın "Irna" agentliyi "Main purpose of the Israeli defense minister's visit to Baku" (İsrail müdafiə nazirinin Bakıya səfərinin əsas məqsədi) adlı məqalə ilə çıxış edib. Məqalədə deyilir ki, cənab Benny Gantz-ın Bakıya səfərinin əsas məqsədi Azərbaycanı Türkiyənin istəyinə uyğun olaraq Zəngəzuru işğala təhrik etməkdən ibarətdir. Eyni zamanda, İsrail rəsmi İrəvanla münasibətləri yaxşılaşdırmaq üçün gizli danışıqlar aparır. Sionist rejim Cənubi Qafqazda ikiüzlü siyasət yeridir... Təhlil yazısında deyilir ki, İsrail, Türkiyə və Azərbaycan bölgədə geosiyasi vəziyyəti dəyişməyə çalışır. İran isə buna imkan vermək fikrində deyil. Məqalədə İran və Ermənistan sülh carçısı, İsrail, Azərbaycan, Türkiyə isə müharibə tərəfdarı kimi təqdim olunur... Elbəyi Həsənli Teref.az