Azərbaycan və Türkiyə ordusu sözün bütün mənalarında eyni səngərdə xidmət edir.

27-11-2022, 00:06           
Azərbaycan və Türkiyə ordusu sözün bütün mənalarında eyni səngərdə xidmət edir.
Əliyevin çıxışından bəlli olur ki, Azərbaycan ordusu Türkiyədə, türk ordusu Azərbaycandadır və istənilən əməliyyatda – həm Ankaranın, həm Bakının – birgə döyüşəcək.
Şuşa Bəyannaməsinə görə, hər iki ölkə təhdidlərə qarşı siyasi və hərbi müstəvidə ortaq fəaliyyət göstərəcək. Lakin bunun Prezident tərəfindən açıqlanması və indi bəyan edilməsi əhəmiyyətlidir.
Əliyevin bu mesajı “sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlara”, xüsusilə son dövrlər bu istiqamətdə daha çox önə çıxan İrana mesaj idi.
Və aydın olur ki, Azərbaycan və Türkiyə ordusu sözün bütün mənalarında eyni səngərdə xidmət edir.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru