Parisdə Azərbaycan dili məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb

28-11-2022, 08:54           
Parisdə Azərbaycan dili məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Fransadakı səfirliyinin, Diaspora üzrə Dövlət Komitəsinin dəstəyi, Diaspor təşkilatlarının təşkilatçılığı ilə Azərbaycan dili üzrə həftəsonu məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Məktəbin açılışında Azərbaycanın Fransaya yeni təyin olunan səfiri Leyla Abdullayeva, səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Məktəbin açılışında məqsəd Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycanın mədəniyyətini, ənənələrini təbliğ etməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.