Sosialist İnternasionalı Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul etdi... - Solçular da bizə qarşı imiş...

28-11-2022, 19:03           
Sosialist İnternasionalı Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul etdi... - Solçular da bizə qarşı imiş...
Sosialist İnternasionalı “Dağlıq Qarabağ və onun ətrafındakı münaqişə haqqında” üzdəniraq qətnaməsi ilə 2021-ci ilin may ayından Azərbaycanın Ermənistan Respublikası ərazisində başlatdığı hərbi əməliyyatları, xüsusən də mülki infrastruktur və yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatları nəzərə alaraq Bakıya "öz qoşunlarını respublikanın suveren ərazisindən çıxarmaq" barədə çağırış edib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə News-NEWS.am agentliyinə terrorçu "Daşnaksütyun" mətbuat xidmətindən məlumat çatdırılıb.

Belə ki, noyabrın 25-dən 27-dək Madriddə 80 ölkədən 400-ə yaxın nümayəndənin iştirak etdiyi Sosialist İnternasionalı Şurasının iclası və konqresi keçirilib.

Qətnamədə həmçinin hər hansı üçüncü tərəfin münaqişəyə cəlb olunması pislənir.

Sosialist İnternasionalı həmçinin guya "erməni hərbi əsirlərin həbsini və işgəncələrə məruz qalmasını pisləyib, əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsini" tələb edib.

Konqres faktiki olaraq "Qarabağ münaqişəsinin hələ də həll olunmadığını bildirib.

Xatırladaq ki, noyabrın 26-da Madriddə Sosialist İnternasionalının 26-cı konqresində iştirak edən "Daşnaksütyun" nümayəndələri həmin gün Sosialist İnternasionalının sədri seçilən İspaniyanın baş naziri Pedro Sançeslə görüşüb və fikir mübadiləsi aparıb. Eyni zamanda "Daşnaksütyun" erməni bürosunun üzvü, Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın "deputat"ı David İşxanyan sözügedən qurumun yeni sədri seçilən İspaniya baş nazirinə qondarma "artsax respublikası"nın xəritələr kitabını təqdim edib.

Onu da qeyd edək ki, 2020-ci ilin 44 günlük savaşından öncəki on illik dövrdə Sosialist İnternasionalının baş katibi Luis Ayalan bir neçə dəfə Bakıda səfərdə olub və ölkə başçısı İlham Əliyev tərəfindən tamamilə xoş bir atmosferdə qəbul edilib...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.