Separatçılar olan yerdə “atəşkəs” ola bilməz...

30-11-2022, 09:04           
Separatçılar olan yerdə “atəşkəs” ola bilməz...
Erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək Azərbaycan ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar.
Onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirirlər.
Bu gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir. Rusiya “sülhməramlı kontingenti” də ermənilərlə yenə səs-səsə verərək bu gün “Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub” açıqlamasını yayıblar.
Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. “Dağlıq Qarabağ” bölgüsü yoxdur, “separatçıların postu” olmamalıdır, bu Azərbaycanın ərazi bütövlüyünə ziddir, nəhayət separatçılar olan yerdə “atəşkəs” ola bilməz. Bütün bunlara görə də sülhə hələ çox var.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru