“BBC”nin müxbiri həbs edildi – Çin səfiri İngiltərə XİN-inə çağrıldı

30-11-2022, 07:52           
“BBC”nin müxbiri həbs edildi –
Çinlə İngiltərə arasında siyasi gərginlik yaranıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Çində COVİD-19 etirazlarını işıqlandıran BBC müxbirinin həbs olunmasıdır.

Sözügedən məsələyə görə, Çinin İngiltərədəki səfiri Zheng Zeguang Xarici İşlər Nazirliyinə çağırılıb.

“Medianı qorumağımız olduqca vacibdir. Bu, Britaniyanın inanc sisteminin əsasını təşkil edir. İctimai yerlərdə baş verən hadisələri işıqlandırarkən jurnalistlər narahat edilmədən işlərini görə bilməlidilər",- deyə nazirliyin bəyanatında qeyd olunub.

Qeyd edək ki, BBC müxbiri Lourensinin Çində COVİD-19 tədbirlərinə qarşı etirazlar sırasında döyüldüyü, həbs edildiyi və əlləri qandallandığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru