“Sisters apart” filminin ümumi məğzi də PKK-nı legitimləşdirməkdən ibarətdir.

1-12-2022, 00:01           
“Sisters apart” filminin ümumi məğzi də PKK-nı legitimləşdirməkdən ibarətdir.
“Odda - İki bacı” – (Sisters apart) filminin Bakıda nümayiş etdirilməsi məsələsi müzakirələrə səbəb olub. Film alman əsgərlərin İraqda kürd qadın döyüşçüləri İŞİD-ə qarşı mübarizəyə hazırlamasından bəhs edir.
Təkcə bu məqam filmin nümayişində hədəfin Azərbaycan tamaşaçısında PKK-ya rəğbət yaratmaq olduğunu deməyə əsas verir.
İraqda, eləcə də Suriyada “kürd döyüşçülər” və İŞİD amili Qərbin PKK-nı legitimləşdirmək təbliğatının tərkib hissəsidir: PKK-çıları terrorçu yox, “azadlıq döyüşçüləri” adlandırır və İŞİD terroruna qarşı mübarizə apardıqlarını deyirlər, bu gün PKK-nın Suriya qanadı olan PYD/YPG ilə ABŞ-ın müttəfiqliyi də buna əsaslanır. Bu təbliğatla həm də Qərbin terrorçulara yox, terrorizmə qarşı döyüşənlərə dəstək verdiyi fikri aşılanır.
“Sisters apart” filminin ümumi məğzi də PKK-nı legitimləşdirməkdən ibarətdir. Film Avropa İttifaqı film festivalı çərçivəsində göstəriləcəkdi, lakin kinoteatrlar imtina edib. İndi Almaniya səfirliyi Türkiyəyə qarşı olan filmi dekabrın 5-də “Landmark”da nümayiş etdirməyi planlaşdırır.
Asif Nəırimanlı
Teref.az olaraq qeyd etmək istəyirik ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru