ABŞ-ın dollar qərarı: Manatı nə gözləyir? - AKTUAL

9-03-2023, 07:49           
ABŞ-ın dollar qərarı: Manatı nə gözləyir? - AKTUAL
ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauel, ABŞ Senatının Bank Komitəsinə etdiyi təqdimatda yüksək inflyasiyanın onların faiz dərəcələrini gözlədiklərindən daha çox yüksəldilməsinə səbəb olacağını bildirib.

O FED inflyasiya ilə mübarizə üçün faiz dərəcəsini artırmağa davam edəcək deyə qeyd edib.

FED sədrinin bu açıqlaması bazarlarda kəskin qiymət dəyişikliklərinə səbəb olub.

Son rəqəmlərə nəzər salaq, dolların dünya valyutalarına qarşı cuzi də olsa dəyər qazanıb, neftin qiymətində isə ucuzlaşma müşahidə olunur. Bəllidir ki, Azərbaycan iqtisadiyyatı da böyük ölçüdə nefdən asılıdır.

Dünya bazarında baş verən dalğalanma manatın məzənnəsinə necə təsir edəcək?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, əgər Azərbaycanda "üzən məzənnə" rejimi olsaydı, manat birjalardakı dalğalanmalara reaksiya verərdi:

“Amma Azərbaycanda 2016-cı ildən dollar-manat münasibətində sabit məzənnə siyasəti yürüdülür. Bu illər ərzində dolların məzənnəsi 1.70 manatdan nə aşağı, nə də yuxarı olmayıb. Amma digər xarici valyutalara nisbətdə manat dalğalanmalara reaksiya verir. Manat avro, funt-sterliq qarşısında müəyyən dövlərdə ucuzlaşıb, dəyər qazanıb. Bunları mütəmadi olaraq müşahidə edirik. Bu isə o deməkdir ki, Azərbaycanda qismən "üzən məzənnə" siyasəti mövcuddur”.

Fuad İbrahimov əlavə edib ki, digər tərəfdən istənilən milli valyutanın dəyərini şərtləndirən amillər var:

“Bunlardan biri də idxal ixrac əməliyyatlarındakı ticarət dövriyyəsinin həcmidir. Hazırda bizdə ticarət dövriyyəsində müsbət saldo var. Yəni hazırda tədiyyə balansı müsbətdir.

Belə olmasaydı, manatın məzənnəsini dollar qarşısında sabit saxlamaq üçün ehtiyat fondlarından bazara valyuta çıxarmaq məcburiyyəti yaranardı. Amma hələlik buna ehtiyac yoxdur, valyuta ehtiyatlarımız da kifayət qədərdir. Düşünürəm ki, bazarlarda baş verən dalğalanmaların manata heç bir təsiri olmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.