Gürcüstan xüsusi təyinatlıları etirazçıları parlamentin qarşısından dağıdıb, həbslər başlayıb

9-03-2023, 08:44           
Gürcüstan xüsusi təyinatlıları etirazçıları parlamentin qarşısından dağıdıb, həbslər başlayıb
Gürcüstanda xüsusi təyinatlı qüvvələr Tbilisidə parlament binası qarşısında etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək tamamilə dağıdıblar.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqan binasının darvazalarına yaxınlaşıblar. Təhlükəsizlik qüvvələri etirazçıları qovmaq üçün parlamentin həyətindən su buraxıb.

Xüsusi təyinatlılar iki istiqamətdən – “Azadlıq” meydanı və “9 aprel” küçəsindən irəliləyərək gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə ediblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları səsgücləndirici vasitəsilə etirazçılardan dağılışmağı tələb ediblər. Bir müddət sonra xüsusi təyinatlılar etirazçıları parlamentin qarşısındakı meydandan tamamilə dağıda biliblər.

İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Polis həbslərə başlayıb, lakin bu, hələ ki, geniş miqyas almayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru