Putindən gələn təşəbbüsü azərbaycanlı deputatlar da dəstəkləyib

9-03-2023, 09:34           
Putindən gələn təşəbbüsü azərbaycanlı deputatlar da dəstəkləyib
Gürcüstan Parlamentinin Rusiyanın təşəbbüskarı olduğu deyilən “Xarici agentlər haqqında” qanun qəbul etməsi bu ölkədə ciddi sosial etirazlara səbəb olub.

Belə ki, bu qanunun qüvvəyə minməsindən sonra vətəndaş cəmiyyəti qurumlarının xarici donorlardan qrant almaq məsələsi yasaqlanacaq. Bu isə vətəndaşlara göstərilən pulsuz xidmətlərin aradan qaldırılması deməkdir.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Putinin təşəbbüskarı olduğu qanunu dəstəkləyənlər arasında Marneuli və Qardabani seçki dairəsindən seçilmiş azərbaycanlı deputatlar Zaur Darğallı və Savalan Mirzəyev də var.

Qonşu ölkədə yaşayan soydaşlarımız sosial şəbəkələrdə hər iki deputatın əleyhinə çıxışlar edib.

Onları Putinin “əsgəri” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru