Nümayəndələr Palatasının spikeri Zelenskinin dəvətini rədd edib

9-03-2023, 11:58           
Nümayəndələr Palatasının spikeri Zelenskinin dəvətini rədd edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynaya səfər təklifindən imtina edib. Bu barədə “CNN” məlumat yayıb. Makkarti bundan əvvəl bəyan edib ki, hazırkı Konqresdəki respublikaçılar Vaşinqtona Ukraynaya məhdudiyyətsiz və əsassız maliyyə yardımı göstərməyə imkan verməyəcəklər. Daha sonra V. Zelenski “CNN”ə müsahibəsində Makkartinin ölkəyə və Kiyevə səfər etməklə bu məsələdə mövqeyini daha yaxşı müəyyən edə biləcəyi fikrini bildirib.
“CNN” jurnalistləri Zelenskinin dəvətini Makkartiyə çatdırdıqdan sonra Konqresin Nümayəndələr Palatasının spikeri Ukraynaya səfərin onun planlarına daxil olmadığını bildirib.
Onun sözlərinə görə, ABŞ-ın ayırdığı vəsaitin necə bölüşdürüldüyünü anlamaq üçün Ukraynaya getməsinə ehtiyac yoxdur: “Yenilikləri və digər məlumatları almağa davam edəcəyəm, lakin bunu görmək üçün Ukraynaya və ya Kiyevə getməyimə ehtiyac yoxdur”.
Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru