Rusiya Qərbi dəfn etmək istəyirdi...bir də gördü ki, özü tabutun içindədir...

9-03-2023, 12:35           
Rusiya Qərbi dəfn etmək istəyirdi...bir də gördü ki, özü tabutun içindədir...
Nikita Sergeyeviç Xruşşov (1953-1964) 12 il Sovet Ittifaqına rəhbərlik edib. Onun Qərbə müraciətlə deyilmiş dillər əzbəri olan belə bir fikri vardı: “Tarix bizim tərəfimizdədir. Biz sizi dəfn edəcəyik”…
Ancaq tarix Rusiyanın tərəfində yox, Qərbin tərəfində oldu. Qərb o boyda Sosialist Düşərgəsini dağıtdı. Almaniyanın bir hissəsini də əhatə edən Sosialist Düşərgəsi süquta uğradı. Sosialist ölkələrin yer aldığı Varşava Müqaviləsi NATO qarşısında tərk-silah oldu. Az sonra SSRİ də iflasa uğradı…
Proses indi də davam edir. Rusiya itirə-itirə gedir. Keçmiş SSRİ məkanında yaşayan xalqlar da Rusiyaya nifrət edir. Cənubi Qafqazda da bu belədir. Gürcüstan, Ermənistan və Azərbaycan Rusiyaya Şər və Dağıntının rəmzi kimi baxır. Niyə belədir? Çünki Rusiya Qərbə nəzərən elm və mədəniyyətdən, iqtisadi inkişafdan ciddi şəkildə geridə qalıb. Ustəlik, Rusiya keçmiş müstəmləkələrinə hələ də zülm edir. Onlara rahatlıq vermir…
Yəni Qərb öncə Sosialist düşərgəsini, sonra SSRİ-ni dağıtdı. Yaxın gələcəkdə Rusiyanın özü də daxildən dağılacaq. Rusiya son 40-50 ildə qarşılaşdığı sarsıntıların səbəbini təhlil edib müvafiq nəticə çıxarmaq gücündə deyil. Hələ də cahilcəsinə köhnə vərdişlərindən doğan davranışla digər xalqları ram etməyə çalışır…
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə isə intihar aktı idi. Əminəm ki, Rusiya bu müharibədən sonra tikə-parça olacaq. Daha Rusiyanı xilas etmək mümükün deyil. Rusiya parçalanmağa məhkumdur…
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.