Məşhur zərgərlik şirkəti Rusiyanı tərk edir

10-03-2023, 07:49           
Məşhur zərgərlik şirkəti Rusiyanı tərk edir
Avstriyanın “Swarovski” zərgərlik şirkəti Rusiyanı tərk etmək planlarını açıqlayıb.

“Biz belə nəticəyə gəldik ki, biz də Rusiyadakı dondurulmuş fəaliyyətlərimizi artıq davam etdirə bilmərik”, - deyə brendin baş direktoru Aleksis Nazard bildirib.

O qeyd edib ki, şirkətin Rusiya bazarından çıxması bütün qanunlara, o cümlədən mövcud iqtisadi sanksiyalara və digər ticarət məhdudiyyətlərinə uyğun olaraq həyata keçiriləcək. Lakin Nazard bu tədbirlərin dəqiq vaxtını açıqlamayıb.

Xatırladaq ki, 4 mart 2022-ci ildə “Swarovski” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada zərgərlik məmulatlarının onlayn və oflayn satışını dayandırıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru