Bayden Trampı ABŞ-ın gələcək prezidenti adlandırdı

10-03-2023, 09:19           
Bayden Trampı ABŞ-ın gələcək prezidenti adlandırdı
Prezident Co Bayden sələfi Donald Trampı ABŞ-ın "gələcək prezidenti" adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Filadelfiyada keçirilən tədbirdə büdcə təkliflərini təqdim edərkən bildirib.

“Yəqin ki, xatırlayırsınız, mən bu vəzifə üçün mübarizə apararkən keçmiş prezident və ola bilsin ki, gələcək prezidentlə rəqabət aparırdım”, - amerikalı başçı bildirib.

Lakin bu çıxışdan sonra Bayden dərhal "Allah qorusun" deyib.

Məlumat üçün bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib. Eyni zamanda, “Fox News” eks-dövlət başçısı ilə rəqabət apara biləcək namizədlərin siyahısını təqdim edib. Onların arasında Trampın vitse-prezidenti Mayk Pens və Florida ştatının məşhur gənc qubernatoru Ron DeSantis də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru