Zaxarovadan Rusiyanın adının dəyişdirilməsi təşəbbüsünə REAKSİYA

11-03-2023, 19:10           
Zaxarovadan Rusiyanın adının dəyişdirilməsi təşəbbüsünə REAKSİYA
"Ukrayna hakimiyyətinin Rusiyanın adının dəyişdirilərək “Muskovi” olması ilə bağlı fikirləri onların “anti-Rusiya” yaratmağa çalışdığına sübutdur”.

TEREF.AZ publika.az-a istinadla xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, Ukraynadan “anti-Rusiya” yaratmaq cəhdinin daha bir sübutudur”, - deyə Zaxarova Teleqram kanalında yazıb. Diplomat əlavə edib ki, Vladimir Zelenskinin administrasiyası gündəlik olaraq Rusiyanın öz təşəbbüslərində haqlı olduğunu təsdiqləyir.

Bundan əvvəl Ukrayna prezidenti Nazirlər Kabinetinin rəhbərinə Rusiyanın adının “Moskovi” olaraq dəyişdirilməsi imkanlarına baxmağı tapşırmışdı. Müraciətdə, həmçinin Zelenski “rus dili” ifadəsini “Moskva”, “Rusiya Federasiyası” ifadəsini isə “Moskva Federasiyası” ilə əvəz etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru