Tam haqlı olduğumuz yerdə haqsız duruma düşə bilərik,...

27-03-2023, 09:34           
Tam haqlı olduğumuz yerdə haqsız duruma düşə bilərik,...
Səsli düşündüm:
- Ermənilər ağılsızdırmı?
- Deməzdim, ağılsız deyillər.
- Onlar anlamırmı ki, səngər qazmaqla kiçicik bir ərazidə Azərbaycan Ordusunun həmlələrinə 24 saatdan artıq dözə bilməzlər, əlimizdə olan müasir silahları nəzərə alsaq heç əsgərə də ehtiyac qalmadan başlarına od ələnər?
- Bilirlər, o qədər də axmaq ola bilməzlər.
- Yaxşı, bütün bunları bilirlərsə, nədən hər gün təxribatla məşğuldurlar, məqsədləri nədir?
- Məncə, fikir babaları, arxaları, dayaqları olan Kremldən aldıqları tapşırıq, davranış qaydaları budur ki, Azərbaycan Ordusunun səbr kasası dolsun, müəyyən lokal əməliyyatlar başlasın, o zaman da rus-erməni xisləti işə düşüb daxildə, Xankəndi ətrafındakı erməni kəndlərində bizim əsgər forması geyinərək dinc erməni sakinləri qətl etsinlər, kiçik qətliam törətsinlər ki, sonradan ən yaxşı bacardıqları işi – həyassızcasına PR-ı işə salsınlar, zatən, yumşaq desəm, yaxşı olmayan Azərbaycan imicinə böyük ləkə vursunlar.
Məncə, bu məsələni daim diqqətdə saxlamalıyıq, Rusiyanın ən yaxşı bacardığı işlərdən biri insanların, hətta öz xalqının həyatını heçə sayıb təxribatlar törətməkdir – Kreml ikinci Çeçenistan müharibəsini başlamaq üçün Moskvada çoxmərtəbəli binaları partlatmaqdan belə çəkinmədi.
Çox həssas durum yaranıb, tam haqlı olduğumuz yerdə haqsız duruma düşə bilərik, Azərbaycan olaraq kəskin şəkildə öz mövqeyimizi, Konstitusiyamızı qorumaqla yanaşı, diqqətli, tədbirli, ağıllı olmağa məcburuq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.