Bayden gələn kimi Putin qoşun yığdı - Tramp

27-03-2023, 10:18           
Bayden gələn kimi Putin qoşun yığdı - Tramp
Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyəm. Bu gün qarşınızda dayanaraq belə bir söz verə biləcək yeganə namizəd mənəm. Yaxınlaşan III Dünya müharibəsinə imkan verməyəcəm.

Axar.az xəbər verir ki, bu sözləri prezident seçkisində iştirak etməyi planlaşdıran sabiq prezident Donald Tramp Texasda keçirdiyi ilk kampaniya mitinqində deyib.

Trampın sözlərinə görə, Putin Bayden ABŞ prezidenti vəzifəsinə gələndən qısa müddət sonra Ukrayna sərhədlərinə qoşun yığmağa başlayıb.

Tramp Ağ Evin indiki administrasiyasını Putinlə danışıqlara belə cəhd etməməkdə ittiham edib. O deyib ki, hazırkı hakimiyyət onu Ukraynada müharibəni bitirəcəyinə söz verdikdən sonra fəal şəkildə təqib etməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru