"İrəvan Qebbelsin 10 qızıl qaydasını davam etdirir" - Ermənistan KİV

28-03-2023, 12:13           
"İrəvan Qebbelsin 10 qızıl qaydasını davam etdirir" - Ermənistan KİV
Ermənistanın hazırkı rəhbərliyi faşist Almaniyasının dövlət xadimi olmuş Cozef Qebbelsin təbliğat qaydaları ilə yaşayır və fəaliyyət göstərir. TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, bunu erməni siyasətçi Artur Tovmasyan deyib.
O, "Jam" saytı üçün yazdığı təhlildə qeyd edib ki, İrəvan hazırda Qebbelsin məlum siyasətinə uyğun olaraq insanları necə zombiyə çevirmək barədə 10 qaydadan istifadə edir.

"Yeri gəlmişkən, Hitler 1933-cü ildə Almaniyanın kansleri, 1934-cü ildə isə fürer olanda da bu təbliğat texnologiyasının qaydalarından istifadə etdi və nəticəni hamınız gözəl bilirsiniz", - Tovmasyan qeyd edib.

O, Qebbelsin məşhur qaydalarını sadlaayaraq qeyd edib ki, birinci şərt
əgər hakimiyyət insanların ruhunu ələ keçirməsə, ölkədəki silah sayının heç bir əhəmiyyəti olmaz. İkinci qayda isə təbliğatın yeganə məqsədinin kütlənin emosiyalarını "oğurlamaq"dır: "Üçüncü qayda bütün bu məqsədlərə çatmaq üçün bütün vasitələrdən istifadə edilməlidir. Təbliğatın təsirinin effektli olması vacibdir".

Təhlildə həmçinin faşistlərin istifadə etdiyi dördüncü qayda-"effektli beyin yuma proqram"ı da xatırladılıb.
Beşinci qayda da Paşinyan hakimiyyəti üçün xarakterik olub. Bu,
yalanın bilərəkdən geniş yayılması fonunda ona daha çox insanın inanmasıdır. Yəni hər yerdə yalanı təbliğ etsəniz kütlə məcburən onu qəbul edəcək.

Altıncı qayda da diqqət çəkir. Kütlənin ona təqdim olunan informasiyaya heç bir şübhəsi olmasın deyə, rəhbərlər mesajları mümkün qədər sadə, ifrat intellektuallıq olmadan təqdim etməlidir.

"Qebbels deyirdi ki, "yadda saxlayın, təbliğatın ən pis düşməni intellektuallıqdır. Yeddinci qayda isə budur ki, təbliğat insanların şüuruna deyil, hisslərinə, emosiyalarına təsir etməlidir. Bunun üçün də təbliğati işlər parlaq şəkildə təqdim olunmalıdır", - erməni siyasətçi yazıb. Bu bənzətmə isə Paşinyan və komandasının Qebbelsin yolu ilə gedərək hiylə işlədib kütləyə olan dialoqları, təbliğat nitqlərini loru, sadə şəkildə qurmalarına işarədir.

İrəvanın Qebbelsdən bəhrələnərək istifadə etdiyi səkkizinçi qaydada isə yazılıb ki, "təbliğat mesajları sadə insanlar üçün başa düşülən olmalıdır. Üstəlik, paytaxt sakinlərinə ünvanlanan bəyanat və mesajlar əyalətlərdə yaşayanlardan fərqli olmalıdır". Yəni belə çıxır ki, hara getsən eyni tonda eyni üslubda nitqlər qurulmamalıdır.

Qebbelsin digər sonuncu qaydaları da bugünkü İrəvan rəhbərliyi üçün xarakterik olub. belə ki, Qebbelse görə lider və xalqın həmrəyliyi təbliğ olunarkən onların arasına girən başqa siyasi formasiyaların olması istisna edilməlidir. Onlara xalq düşməni demək lazımdır, çünki belə "lider"ə qarşı çıxan xalqa qarşı çıxmaya bilməz. Həmçinin kilsənin də rolu azaldılmalıdır. Çünki kilsə və xristianlığa olan inam liderə inamla əvəz olunmalıdır. İki inancınız ola bilməz... İsa Məsihin dəyərini dəyərini azaltmaq lazımdır, qeyd etmək lazımdır ki, bugünkü Məsih indiki rəhbərinizdir.

Üstəlik, bütün bu fikirlər cəmiyyətə yüksək pafosla təqdim edilməli ki, sadə vətəndaşların hisslərinə təsir edə bilsin.

Nəhayət, onuncu qayda. Eyni şeyi dəfələrlə təkrarlamaq lazımdır ki, məlum informasiyanın çoxluğu nəticədə keyfiyyətini üstələsin. Əsas odur ki, bu məlumatlara mümkün qədər çox insan inansın.

Siyasətçi sonda qeyd edib ki, Qebbelsin qızıl qaydaları jhakimiyyətə bağlı konkret saytlar və saxta dövlət kanlları vasitələrlə həyata keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.