İrəvandan Rusiyaya şok: - Qərarın mətnini dərc etdi

28-03-2023, 16:39           
 İrəvandan Rusiyaya şok: -
Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkə konstitusiyasına uyğun olması barədə qərarın mətnini dərc edib.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının retroaktiv tətbiqinin qəbul edilməsi haqqında bəyannamə ilə müəyyən edilmiş öhdəliklər konstitusiyaya uyğundur.

Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar vermişdi. Rəsmi Moskva da İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab etmişdi.

Xatırladaq ki, martın 17-də Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru