`Blokada`dakı separatçı rejimin nümayəndəsi Uruqvay parlamentində...

29-03-2023, 09:59           
`Blokada`dakı separatçı rejimin nümayəndəsi Uruqvay parlamentində...
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisindəki 32 yaşlı separatçı-terrorçu rejimin qondarma "ombudsman"ı Qegam Stepanyan bu günlərdə Cənubi Amerikada "işgüzar" səfərdədir.

TEREF.AZ Moderator.az-a istindla xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, dünən - martın 28-də üzdəniraq "hüquq müdafiəçisi" Uruqvay Respublikasının parlamentində olub və senatın üzvü Liliam Keşişyan, Uruqvay-Ermənistan dostluq qrupu və Uruqvaydakı "Dağlıq Qarabağ Forumu"nun üzvləri ilə görüşüb.

Bundan əlavə, görüşdə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü Artur Xaçatryan, terrorçu "Daşnaksütyun" partiyasının Cənubi Amerika nümayəndə heyətinin rəhbəri Aram Muradyan və "Daşnaksütyun" un Ermənistan nümayəndə heyətinin üzvü Arpi Xoçaçanyan iştirak ediblər. Təbii ki, hayların bu "beynəlxalq" tədbirində də Azərbaycana qarşı böhtan və hədyanlar səsləndirilib...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru