“Baxmutda uduzsaq, Rusiyaya güzəştə getməli olacağıq” - Zelenski

29-03-2023, 17:32           
“Baxmutda uduzsaq, Rusiyaya güzəştə getməli olacağıq” - Zelenski
“Əgər biz Baxmutda uduzsaq, həm Qərb, həm də öz vətəndaşlarımız Rusiyaya güzəştə getmək üçün bizə təzyiq edəcəklər”.

Yenisabah.az “Associated Press”ə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski müsahibəsində bildirib.

Zelenski əlavə edib ki, Ukrayna bu nizamlanmanı itirərsə, bu, tez bir zamanda ölkəsinə qarşı sadaladığı təzyiqlərə səbəb olacaq.

“Cəmiyyətimiz özünü yorğun hiss edəcək. Cəmiyyətimiz məni onlarla güzəştə getməyə məcbur edəcək”, - deyə o bildirib.

Eyni zamanda, Zelenski Qərb ölkələrindən hələlik heç bir təzyiqin olmadığını vurğulayıb. Onun sözlərinə görə, əksinə, beynəlxalq birlik Ukraynaya çoxtərəfli dəstək verir.

Qeyd edək ki, Baxmut Donetsk vilayətinin Ukraynanın nəzarəti altında olan hissəsində yerləşir. Qəsəbə Donbassdakı Ukrayna qoşunlarının təchizatı üçün mühüm nəqliyyat qovşağıdır. Hazırda qəsəbə uğrunda şiddətli döyüşlər gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru