"dünyada yola verməyi ən yaxşı bacaranlardan biriyik..."- replika

30-03-2023, 09:15           
Azərbaycan toplumu unikaldır, bu coğrafiyada yaşayan insanlarımız tarix boyu 3 fərqli dini-ideoloji imperiyanı yola verib – heç birini də tam olaraq mənimsəyib öz milli kimliyinin tək, yeganə bir parçasına çevirməyib. İrandan gələn şiəliyə, Osmanlıdan gələn sünnülüyə, SSRİ-dən gələn kommunizmə və ateizmə tam inanmayıb, içinə almayıb, sadəcə yola verib.
Orqanik olaraq cəmiyyət elə kodlaşdırılıb ki, İran üzərimizə gələndə türk olduğumuz önə çıxarırıq, Türkiyə çox şey istəyəndə şiə olmağımızı xatırlayırıq, Rusiya ağ edəndə həm türk və də məzhəb fərqi olmadan müsəlman olmağımızı yada salırıq.
Maraqlı və dinamik toplumuq, yəni, dünyada yola verməyi ən yaxşı bacaranlardan biriyik, hətta bu hökuməti də 30 ildir ki, yola veririk...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru