Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

31-03-2023, 08:34           
Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb
ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Entoni Blinken çıxış edib.

O, belə bir bəyanatla “The Wall Street Journal”ın əməkdaşı, amerikalı Evan Qerşkoviçin Rusiyada casusluqla bağlı cinayət işi üzrə saxlanılması və həbsi ilə bağlı vəziyyət fonunda çıxış edib.

Blinken, "Rusiya torpaqlarında ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı təkrar edirik" dedi.

Martın 30-da Moskvanın Lefortovo Məhkəməsi Qerşkoviçi iki ay müddətinə həbs edib.

Kreml qeyd edib ki, Gerşkoviç cinayət başında yaxalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru