İran yeni bəhanələr axtarır...

1-04-2023, 08:54           
İran yeni bəhanələr axtarır...
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, “onlar Azərbaycan ərazisindən İrana qarşı “İsrail sui-qəsdi”nə biganə qala bilməz”.
Kənani bunu Ceyhun Bayramovun İsrail səfərində bu ölkənin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözlərinə istinadən deyir və iddia edirlər ki, bu, “İsrailin Azərbaycan ərazisindən İrana qarşı təhdidinin daha bir sübutudur”.
Halbuki, İsrail xarici işlər nazirinin açıqlaması Azərbaycanın mövqeyi deyil və Azərbaycan XİN də bu iddiaları təkzib etdi.
Lakin bunun İran üçün fərqi yoxdur, çünki Tehran Eli Kohenin sözlərindən narahat olmaqdan daha çox, Azərbaycana qarşı bəhanə kimi yararlanmaq niyyətindədir.
Asəf Nerimanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.