"Azərbaycan bayrağı Qafanda dalğalanır" - Nalçacyan - VİDEO

5-04-2023, 17:20           
"Azərbaycan bayrağı Qafanda dalğalanır" - Nalçacyan - VİDEO
“Azərbaycan bayrağı Qafanda dalğalanır”.

KONKRET.az xəbər verir ki, bunu 44 günlük müharibə iştirakçısı və aktyor Tiqran Nalçacyan Facebook səhifəsində yazıb. O, Qafandan video təqdim edib və Azərbaycan bayrağının Qafanın bir neçə inzibati rayonunda dalğalandığını bildirib.

“Mən indi bir hadisənin şahidi oldum. Hakim partiyadan olan adını bilmədiyim bir deputat yüksək səslə Edqar Qazaryana deyirdi ki, guya o, yalan danışır, Qafanda düşmən bayrağı yoxdur.

Şəxsən mən Qafan şəhərinin kənarında öz gözlərimlə görmüşəm. Çarbaxda, Avanda, Qafan inzibati rayonunda Azərbaycan bayrağının necə dalğalandığını lentə almışam.

Yalan danışan insanlarla nə danışasan?”, – deyə Nalçacyan qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru