Vladimir Putin ABŞ-ni “rəngli inqilabları” dəstəkləməkdə ittiham edib

5-04-2023, 18:22           
Vladimir Putin ABŞ-ni “rəngli inqilabları” dəstəkləməkdə ittiham edib
Rusiya Prezidenti Vladimir Putin Ukrayna böhranının ABŞ-nin “rəngli inqilabları” dəstəkləməsi səbəbindən baş verdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, V.Putin bu fikri xarici ölkə səfirlərinin etimadnamələrinin təqdimatı mərasimində ABŞ səfiri Linn Treysiyə müraciətlə söyləyib. O bildirib ki, Birləşmiş Ştatların xarici siyasətində “rəngli inqilablar” alətindən istifadə etməsi, 2014-cü ildə Ukraynada dövlət çevrilişini dəstəkləməsi indiki böhranın yaranmasına gətirib çıxarıb. V.Putinin fikrincə, bu, həm də Rusiya-ABŞ münasibətlərinin pisləşməsinə səbəb olub.

Rusiya Prezidenti Vladimir Putin aprelin 5-də Kremldə 17 ölkənin yeni təyin olunmuş səfirlərinin, o cümlədən ABŞ diplomatik nümayəndəliyinin rəhbəri Linn Treysinin etimadnaməsini qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru