Rusiya səfiri Qarabağda "sülhməramlı" sayının artırılması haqda sualı belə cavablandırdı... - Ermənistan KİV

5-04-2023, 21:39           
Rusiya səfiri Qarabağda "sülhməramlı" sayının artırılması haqda sualı belə cavablandırdı... - Ermənistan KİV
Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin "Novostiarmenia"-nın Qarabağda atəşkəs rejiminin mütəmadi pozulması səbəbindən Rusiya "sülhməramlı" kontingentinin sayının artması ilə bağlı sualını cavablandırıb. "Mən bu məsələni şərh etməyə hazır deyiləm, çünki bununla bağlı məlumatım yoxdur"- deyib Kopırkin.

TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, jurnalistlər Rusiya səfirinə bu sualla İrəvanın “Hağtanak” parkında Rusiyanın "Böyük Vətən" müharibəsi ilə bağlı tədbir zamanı müraciət ediblər.

Parkda "Böyük Vətən" müharibəsində həlak olanların xatirəsinə 100 qovaq əkilib. Ermənistan artıq üçüncü ildir ki, bu tədbirə qoşulur. Tədbirdə bir sıra rəsmi şəxslər, müxtəlif ölkələrin səfirləri iştirak ediblər. İrəvan merinin müavini Levon Hovannisyan və başqaları da tədbirə qatılsa da, dəvət olunmuş müdafiə naziri Suren Papikyan iştirak etməyib.
"Erməni və rus xalqları bu gün həqiqətən də çətin günlər yaşayırlar. Xalqlarımızın tarixi xatirələrinin qiymətinin nə qədər böyük olduğunu göstərən zamandır. Bu gün tariximizi saxtalaşdırmaq, korlamaq, unutdurmaq cəhdləri var. Bununla da bəzi ölkələr onlar üçün geosiyasi problem olan vəzifələri həll etməyə çalışırlar. Biz sadəcə olaraq irsimizi qoruyub saxlamağa borcluyuq, həm də onu gələcək nəsillərə ötürmək də bizim borcumuzdur”, - deyə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin tədbirdəki çıxışında Rusiya-Ermənistan dostluğundan dəm vurub...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru