Erməni deputatlar Zəngəzura gəlir

12-04-2023, 00:05           
Erməni deputatlar Zəngəzura gəlir
“Ermənistan” bloku fraksiyasının deputatları Sünikə (Zəngəzur) yola düşüblər.

Teref.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən fraksiyadan olan deputat Aqnessa Xamoyan yerli mediaya açıqlamasında deyib.

O, başqa təfərrüatlar verə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, bu gün ermənilər Dığ kəndi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusuna qarşı təxribat törədiblər. Nəticədə 3 hərbçimiz şəhid olub.

Ordumuzun cavab zərbələri nəticəsində Ermənistan MN 4 əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirir. Erməni sosial şəbəkə istifadəçiləri isə onlarla itki verdiklərini qeyd edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.