Siyarto Moskvada: Rusiya ilə sazişlər imzalandı

12-04-2023, 09:45           
Siyarto Moskvada:
Macarıstan xarici işlər naziri Peter Siyarto Moskvaya səfər edib.

Axar.az xəbər verir ki, Siyarto Rusiya baş nazirinin energetika üzrə müavini Aleksandr Novak və Rusiyanın “Rosatom” dövlət nüvə enerji şirkətinin icraçı direktoru Aleksey Lixaçevlə görüşüb.

Görüş zamanı Siyarto Macarıstanın Rusiyanın enerji resurslarına daimi çıxışını təmin etmək üçün yeni sazişlər imzalayıb.

Görüşlərdən sonra keçirilən brifinqdə o, siyasi mülahizələrdən asılı olmayaraq, Rusiyanın enerji resurslarına çıxışın Macarıstanın təhlükəsizliyi üçün həlledici olduğunu vurğulayıb:

“Nə qədər ki, enerji təchizatı məsələsi siyasi və ya ideoloji deyil, istər-istəməz Rusiya ilə əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinin əsas açarı olaraq qalacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru