Peskov: “Əliyev və Paşinyanın Moskvadakı görüşünün səmərəli olacağına ümid edirik” - VİDEO

24-05-2023, 09:08           
Peskov: “Əliyev və Paşinyanın Moskvadakı görüşünün səmərəli olacağına ümid edirik” - VİDEO
“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”.

Bunu “Report”a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.

“Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaqlar. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, – o vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru