"Əlimiz həmişə tətikdə olacaq.."

24-05-2023, 10:54           
"Əlimiz həmişə tətikdə olacaq.."
Nikol Paşinyanın əsas tənqidçilərindən olan keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazirlə yanaşı Azərbaycanı və beynəlxalq aləmi bu sözlərlə hədələyib:
-“Beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq”.
Yəni Oskanyan və onun kimi düşünənlər bununla demək istəyirlər ki, “ermənilər uzaq və yaxın keçmişdə olduğu kimi yenidən azərbaycanlılara arxadan zərbə vurmalıdırlar".
Bizim də Oskanyan kimilərə mesajımız bu olmalıdır ki, “uzaq və yaxın tarixdən dərs çıxarmışıq, mümkün sülh sazişinə rəğmən, qonşumuzun kimliyini bilərək əlimiz hər zaman tətikdə olacaq”.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru