Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2100 ərizəyə baxılması gözlənilir

24-05-2023, 10:44           
Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2100 ərizəyə baxılması gözlənilir
Mayın əvvəlinə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2100 ərizəyə baxılması gözlənilir, təşkilatın saytında bildirilir.

Bu, Strasburq məhkəməsində araşdırması gözlənilən bütün şikayətlərin 2,7 faizini təşkil edir, vəkil Xalid Ağaliyev bildirib.

“2022-ci ilin sonunda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2150 ərizə olub. Son 4 ayda məhkəmə Azərbaycandan 140 iş üzrə qərarları elan edib”, – Ağaliyev deyib.

Ümumilikdə, Avropa İnsan Hüquqları Məhkəməsində 76 700 ərizəyə baxılmalıdır, 2022-ci ilin sonunda onların sayı 74 650 ərizə olub.

Baxılmasını gözləyən şikayətlərin 23 min 250-i Türkiyədən göndərilib. Sonra Rusiya – 15 700 və Ukrayna – 9 950 gəlir.(Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru