"Ukraynaya verilən dəstək artıq döyüş meydanında fərq yaradır" - NATO Baş katibi

25-05-2023, 00:09           
"Ukraynaya verilən dəstək artıq döyüş meydanında fərq yaradır" - NATO Baş katibi
Rusiya Prezidenti Vladimir Putin iki böyük strateji səhvə yol verdi. Birincisi, o, ukraynalıları - Ukrayna xalqının, rəhbərliyinin və hərbi qüvvələrinin cəsarətini, gücünü doğru qiymətləndirmədi.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxış edərkən bildirib.

Stoltenberq qeyd edib ki, Putin, həmçinin NATO müttəfiqlərinin və tərəfdaşlarının həmrəyliyini düzgün qiymətləndirə bilməyib: “O, bizim Ukraynaya belə bir dəstəyimizi, həmrəyliyimizi gözləmirdi. Biz bu müddət ərzində Ukraynaya böyük dəstək vermişik. Keçən ay Ukraynaya ağır silahlar, o cümlədən "Leopard", "Challenger", "Abraham" döyüş tankları verilib. Ötən həftə isə Böyük Britaniya uzaqmənzilli qanadlı raketlərin göndəriləcəyini bəyan edib. Verilən bu dəstək artıq döyüş meydanında fərq yaradır. Son günlərdə isə biz ukraynalı pilotların təlimləri ilə bağlı razılığa gəldik. Bütün bunlar bizim Ukraynaya uzun müddətli dəstəyə sadiq olmağımızın təsdiqidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru