“Baxmutda 20 min “vaqnerçi” itirmişik...” - Priqojin deyir, Qirkin inanmır

25-05-2023, 00:17           
“Baxmutda 20 min “vaqnerçi” itirmişik...” -
“Vaqner” başçısı Yevgeni Priqojin Baxmut uğrunda gedən döyüşlərdə 20 min “vaqnerçi”nin həlak olduğunu bəyan edib.

Priqojin son açıqlamasında ümumilikdə “Vaqner”-ə 50 min məhbus cəlb etdiyini bildirib. Onun dediyinə görə, Baxmutda gedən döyüşlərdə həlak olan 20 min “vaqnerçi”nin 10 mini məhbus olub. O, eyni zamanda Ukrayna tərəfinin həmin döyüşlərdə 50 min hərbçi itirdiyini, 50-70 min nəfərinsə yaralandığını iddia edib.

Donbasda separatizmin yaradıcılarından biri, qondarma “dnr”-in sabiq “müdafiə naziri” və sabiq FTX polkovniki İqor Qirkin(Strelkov) isə Priqojinin bu açıqlamasına şübhə ilə yanaşdığını və bu rəqəmlərin reallığı əks etdirmədiyini bildirib.

O, öz sosial şəbəkə hesabında yazıb ki, “Vaqner”-in Baxmutdakı itkiləri Priqojinin dediyindən azı 1.5 dəfə çox olub: “Priqojin deyir ki, “Vaqner”-ə 50 min “zek” gəlib. Onlardan 10 mini həlak olub. Bundan əvvəl isə Priqojin bəyan etmişdi ki, 26 min “zek” amnistiya alaraq, evinə dönüb. Belə olan halda, qalan 14 min nəfər necə oldu?”

Qirkin həmçinin bildirib ki, Priqojin Ukrayna tərəfinin itkilərini də bir neçə dəfə şişirdib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.